NATO-da Ukrayna məsələsində fikir ayrılıqları dərinləşirbackend

NATO-da Ukrayna məsələsində fikir ayrılıqları dərinləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO daxilində Ukraynadakı müharibəyə və Kiyevə hərbi-iqtisadi yardımın davam etdirilməsinə münasibətdə üzv ölkələr arasında fikir ayrılıqları tədricən artır.

Bu fikri İtaliyanın Belluno şəhərində fəaliyyət göstərən UniDolomiti universitetinin beynəlxalq münasibətlər üzrə dosenti Lorenzo Maria Pacini səsləndirib.

Ekspertin sözlərinə görə, alyans daxilində Ukraynaya dəstəyin həcmi və gələcək strategiyası ilə bağlı fərqli yanaşmalar mövcuddur. Bununla belə, o, hazırkı vəziyyəti NATO-nun parçalanması deyil, üzv dövlətlər arasında siyasi baxış fərqlərinin dərinləşməsi kimi qiymətləndirib.

//Samir Qurbanov, Editor.az