Ukraynanın dron idarəetmə sistemi Pentaqonun diqqət mərkəzindədir – Forbesbackend

Ukraynanın dron idarəetmə sistemi Pentaqonun diqqət mərkəzindədir – Forbes

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada hazırlanmış pilotsuz uçuş aparatlarının sürü şəklində idarə olunmasını təmin edən texnologiya ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) diqqətini cəlb edib.

Bu barədə Forbes nəşri məlumat yayıb.

Editor.az xəbər verir ki, nəşrin məlumatına görə, ABŞ-ın pilotsuz uçuş aparatları istehsalçısı Powerus ötən ay Ukraynanın Swarmer şirkəti ilə strateji əməkdaşlığa başlayıb. Swarmer eyni vaxtda çoxsaylı FPV dronların koordinasiyalı idarə olunmasına imkan verən proqram təminatı hazırlayır.
Bildirilir ki, bu tərəfdaşlıq Powerus şirkətinə Pentaqonun FPV dronlarının tədarükü üzrə keçirilən müsabiqədə rəqabət üstünlüyü qazandıra bilər.

Ukrayna texnologiyası pilotsuz aparatların vahid şəbəkə kimi fəaliyyət göstərməsinə, tapşırıqları koordinasiyalı şəkildə yerinə yetirməsinə və döyüş effektivliyinin artırılmasına xidmət edir.

Forbes vurğulayır ki, Ukraynada döyüş şəraitində sınaqdan keçirilmiş bu cür texnologiyalar artıq ABŞ-ın müdafiə sənayesi üçün də ciddi maraq doğurmağa başlayıb.

//Samir Qurbanov, Editor.az