Rusiya Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində yaranan yanacaq çatışmazlığını azaltmaq üçün dəniz yolu ilə Hindistandan benzin idxalına başlayıb.
Editor.az xəbər verir ki, Reuters agentliyinin sənaye mənbələrinə istinadən yaydığı məlumata görə, bu addım ölkədə artan yanacaq qıtlığının qarşısını almaq məqsədi daşıyır. Mənbələr bildirirlər ki, Ukraynanın neft emalı və enerji obyektlərinə hücumları Rusiyanın daxili yanacaq bazarına ciddi təzyiq göstərib.
Məlumata əsasən, Moskva daxili tələbatı ödəmək və bazardakı vəziyyəti sabitləşdirmək üçün xaricdən benzin tədarükünü artırmağa məcbur qalıb.
//Samir Qurbanov, Editor.az

