Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın bu gecə Ukraynaya qarşı növbəti genişmiqyaslı raket və pilotsuz uçuş aparatları (PUA) hücumuna hazırlaşdığını bildirib.
Zelenski bu barədə Mixol Martin ilə Dublin şəhərində keçirdiyi birgə mətbuat konfransında danışıb.
Ukrayna liderinin sözlərinə görə, ölkənin hava hücumundan müdafiə qüvvələri mümkün hücuma hazır vəziyyətə gətirilib və tərəfdaşlarla koordinasiya davam etdirilir. O, əhalini hava həyəcanı siqnallarına ciddi əməl etməyə çağırıb.
//Samir Qurbanov, Editor.az

