Rusiya ordusu günorta saatlarında Xarkova idarəolunan aviasiya bombaları (KAB) ilə zərbələr endirib.
Hücum nəticəsində azı iki nəfər həlak olub, 20-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Editor.az xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov məlumat verib.
Onun sözlərinə görə, zərbələr nəticəsində yaşayış məntəqələri və mülki infrastruktur ziyan görüb. Yaralıların sayının artacağı istisna edilmir, axtarış-xilasetmə işləri davam etdirilir.
Yerli hakimiyyət sakinləri təhlükəsizlik tədbirlərinə əməl etməyə və hava həyəcanı siqnallarına diqqət yetirməyə çağırıb.
//Samir Qurbanov, Editor.az

