Rütte: Ukrayna cəbhədə mövqeyini gücləndirib, bunu Tramp da etiraf edibbackend

Rütte: Ukrayna cəbhədə mövqeyini gücləndirib, bunu Tramp da etiraf edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna döyüş meydanında vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb və cəbhədə mühüm uğurlar əldə edir. Bunu NATO-nun baş katibi Financial Times qəzetinə müsahibəsində bildirib.

Rüttenin sözlərinə görə, Rusiya ordusu hər ay təxminən 35 min hərbçi itirir. O qeyd edib ki, Ukraynanın döyüş meydanındakı irəliləyişlərini ABŞ prezidenti da etiraf edib.

NATO baş katibi vurğulayıb ki, Ukrayna hazırda cəbhədə əvvəlki dövrlərlə müqayisədə daha əlverişli mövqedədir və müdafiə qabiliyyətini gücləndirməyə davam edir.

//Samir Qurbanov, Editor.az