Zelenski ilə Zalujnı arasında QAPALI görüş: Səfir qərar verdibackend

Zelenski ilə Zalujnı arasında QAPALI görüş: Səfir qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı payızda keçirilməsi gözlənilən prezident seçkilərində namizəd olmağa hazırlaşır. Musavat.com xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” nəşri məlumat yayıb. Məlumata görə, Böyük Britaniya baş naziri Kir Starmerin istefasından əvvəl Zalujnı Kiyevə çağırılıb və ondan payızda keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi soruşulub.

Zelenski Zalujnı işdən çıxarmaq istəyir..?”

“Birləşmiş Krallıq Ukraynanın strateji tərəfdaşıdır. Ona görə də prezident Zelenski və səfir Zalujnı ötən həftənin əvvəlində şəxsi görüşlərinin ilk hissəsini Londondakı vəziyyətə və bunun Ukrayna-Britaniya münasibətlərinə mümkün təsirlərinin müzakirəsinə həsr ediblər”, – nəşr yazıb. “Ukrainskaya Pravda”ya yaxın mənbələrin məlumatına görə, daha sonra Zelenski prezident seçkiləri barədə danışıb.

Ukrayna lideri bildirib ki, son vaxtlar cəbhədə vəziyyət müsbət istiqamətdə inkişaf edir, cəmiyyət kifayət qədər birləşib və buna görə də seçkilərin keçirilməsi üçün fürsət pəncərəsi açılıb. Prezident əlavə edib ki, əsas məqsəd ölkəni yeni daxili parçalanmalardan uzaq tutmaqdır. Nəşrin mənbələrinə görə, Zelenski nəhayət, səfirə birbaşa sual verib: “Seçkilər payızda keçirilsə, namizədliyinizi irəli sürəcəksinizmi?”
Ukrayna lideri Zalujnıdan birmənalı cavab alıb: “Bəli, namizədliyimi irəli sürəcəyəm”.

Müharibədən sonra Ukrayna üçün ilk seçkilər – Niyə bu ölkə üçün xüsusi  problem olacaq…

Musavat.com xatırladır ki, Kiyevdəki Beynəlxalq Sosiologiya İnstitutunun məlumatlarına görə, Zalujnıya Ukrayna vətəndaşlarının 73%-i etibar edir. Bu ilin fevralında Almaniyanın “Der Şpigel” jurnalı Zalujnını Zelenskinin “qorxmalı olduğu adam” adlandırmışdı. Maraqlıdır ki, 2019-cu ilin prezident seçkilərin xalqın 72 faizi Zelenskiyə səs vermişdi. Hazırkı sorğunun nəticələri isə Zalujnı üçün bundan bir qədər artıq səs faizi göstərir. Ümumiyyətlə, Zelenskiyə alternativ həmişə Britaniyadakı səfir göstərilir. Onun komandan olduğu dövrdə uğurlu əks-hücum əməliyyatları da yaddaşlarda qalıb.

Zalujnı 1973-cü il, 8 iyulda Jitomir vilayətində dünyaya gəlib. “Dəmir ləqəbli” generalın 53 yaşı olacaq. Zalujnı “Şimal” Əməliyyat Komandanlığının komandanı (2019-2021), Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Əməliyyat Qərargahının rəisi – Birləşmiş Qüvvələr Komandanının birinci müavini (2018), Qərargah rəisi – Qərb Əməliyyat Komandanının birinci müavini (2017) olub, 51-ci Qvardiya Mexanikləşdirilmiş Briqadasının komandiri (2009-2012) vəzifəsini yerinə yetirib.
“Time” jurnalı Valeri Zalujnını 2022-ci ildə dünyanın 100 ən nüfuzlu adamından biri adlandırıb. 2014-cü ildə İvan Çernyaxovski adına Ukrayna Milli Müdafiə Universitetini bitirib. Hazırlığın əməliyyat-strateji səviyyəsinin ən yaxşı məzunu kimi o, Böyük Britaniya Kraliçasının keçici qılıncına layiq görülüb. 2017-ci ildə general-mayor rütbəsinə layiq görülüb. 27 iyul 2021-ci ildə o, Ruslan Xomçakı əvəz edərək Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin edilib. Və heç bir il çəkmir ki, savaş başlayıb.

Timoşenko və Poroşenko ABŞ ilə təmasda olduqlarını etiraf etdilər

Zalujnı Yelena ilə evlidir. “Focus” jurnalının məlumatına görə, cütlüyün əvvəlki nikahlardan iki qızı var: Kristina (Valeri Zalujnının bioloji qızı) və Arina (Elena Zalujnayanın bioloji qızı). Amma bu nikahdan Natalya dünyaya gəlib. O, hərbçidir, Kristina tibb təhsili alıb. Çox maraqlıdır ki, Zalujnı ABŞ-dəki qohumundan milyonlarla dollarlıq miras alıb. Miras Ukrayna əsilli amerikalı Qreqori Stepantsdan qalıb. Bunu Stepants ailəsi də təsdiqləyib. Ukrayna ordusunun mətbuat xidməti o zaman açıqlamışdı ki, Zalujnı Ukrayna Silahlı Qüvvələrinə bir milyon dollar bağışlayıb.

Onu da deyək ki, “Bloomberg” agentliyi Zelenskinin son dövrlərdə Valeri Zalujnı, Sergiy Pritula, Sergiy Sternenko və Aleksandr Kubrakovla təmaslarını “seçkilərin baş vermə ehtimalının artması” ilə əlaqələndirib.

Politoloq Vladimir Fesenko isə bildirib ki, bu görüşlər mümkün prezident seçkiləri fonunda baş verir. Onun fikrincə, Zelenski bu təmaslardan öz mövqeyini gücləndirmək, potensial müxalifətlə münasibətləri yumşaltmaq və ya məşhur ictimai fiqurları öz tərəfinə çəkmək məqsədilə istifadə edə bilər. Fesenko vurğulayıb ki, hazırkı mərhələdə bu cür siyasi manevrlər Ukrayna daxilində güc balansının formalaşmasında mühüm rol oynaya bilər.

Ancaq ona müxalif sayılan keçmiş prezident Poroşenko və sabiq baş nazir Timoşenkonun seçkilərdə iştirakı demək olar ki, gözlənilmir. Bununla belə, ötən il ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsində olan yüksək vəzifəli şəxslər Volodimir Zelenskinin əsas siyasi rəqibləri, o cümlədən Batkivşina Partiyasının rəhbəri Yuliya Timoşenko ilə gizli görüş keçiriblər. Trampın köməkçiləri, həmçinin Ukraynanın eks-prezidenti Petro Poroşenkonun Avropa Həmrəyliyi Partiyasının yüksək vəzifəli nümayəndələri ilə müzakirələr aparıblar. Xatırladaq ki, Zelenskinin prezidentlik səlahiyyətləri rəsmi olaraq 2024-cü il mayın 20-də başa çatıb.

Musavat.com