Venesuelada zəlzələ qurbanlarının sayı 1943 nəfərə çatıbbackend

Venesuelada zəlzələ qurbanlarının sayı 1943 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuelada baş vermiş güclü zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 1943 nəfərə yüksəlib.

Editor.az xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının sədri Xorxe Rodriqes məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 10 571 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Axtarış-xilasetmə əməliyyatları zamanı xilasedicilər dağıntılar altından 6461 nəfəri sağ çıxarmağa müvəffəq olublar. Bundan əlavə, təxminən 13,4–13,5 min nəfər öz gücü və ya yaxınlarının köməyi ilə təhlükəli əraziləri tərk edə bilib.

Xatırladaq ki, iyunun 24-də axşam saatlarında Venesuelada bir dəqiqədən az fasilə ilə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ qeydə alınıb. Son yüz ildən artıq dövrdə ölkədə baş verən ən güclü seysmik hadisələrdən hesab olunan zəlzələlər paytaxt Karakas da daxil olmaqla bir neçə ştatda hiss edilib.

Təbii fəlakətdən sonra ölkədə fövqəladə vəziyyət elan olunub. Paytaxt yaxınlığındakı Mayketiya şəhərində yerləşən Simon Bolivar Beynəlxalq Hava Limanı aldığı zədələr səbəbindən fəaliyyətini dayandırıb. Həmçinin Karakas metrosunun və dəmir yolu nəqliyyatının işi müvəqqəti olaraq dayandırılıb.

Xilasetmə və bərpa işləri hazırda da davam edir, hakimiyyət orqanları zərərçəkənlərə yardım göstərilməsi istiqamətində tədbirlər həyata keçirir.

//Gülnarə Abasova, Editor.az