Avropa Çinə qarşı daha sərt iqtisadi alətlər hazırlaya bilərbackend

Avropa Çinə qarşı daha sərt iqtisadi alətlər hazırlaya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderland hökuməti Avropa İttifaqında Çinə qarşı iqtisadi təsir və təzyiq alətlərinin yaradılmasını təklif edib. Bu barədə ölkənin baş naziri Rob Yetten açıqlama verib.

Onun sözlərinə görə, Avropa birliyi iqtisadi təhlükəsizlik sahəsində daha sərt və koordinasiyalı siyasət yürütməli, bu istiqamətdə ABŞ-ın tətbiq etdiyi mexanizmlərə bənzər vasitələr formalaşdırmalıdır.

Baş nazir vurğulayıb ki, belə addımlar Avropanın strateji maraqlarının qorunmasına və qlobal iqtisadi rəqabətdə mövqelərinin gücləndirilməsinə xidmət edə bilər.
Məsələ ilə bağlı müzakirələrin yaxın aylarda Avropa ölkələri arasında daha da intensivləşəcəyi gözlənilir.

//Samir Qurbanov, Editor.az