TƏCİLİ! Fəlakət ssenarisi reallaşdı: Neftin taleyi ONLARIN ƏLİNƏ KEÇDİ – FOTOLARbackend

TƏCİLİ! Fəlakət ssenarisi reallaşdı: Neftin taleyi ONLARIN ƏLİNƏ KEÇDİ – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəməndə husilərin Qırmızı dənizlə Ədən körfəzini birləşdirən Babülməndəb boğazında yerləşən strateji Perim (Meyyun) adasını ələ keçirdiyi bildirilir. Adanın və ona bitişik sahil ərazilərinin nəzarətə götürülməsi ilə bölgədə dəniz nəqliyyatı üçün ciddi təhlükə yaranıb.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, husilər boğazın Yəmən sahilində yerləşən Dübab şəhərinə də çatıb. Bu addım Yəməndəki müharibə ərzində qrupun əldə etdiyi ən mühüm strateji ərazi qazancı kimi qiymətləndirilir.

Boğazın “açarı” husilərin əlinə keçdi

husilerjpg--7wwORJrJ06OzF0ZpZ0y4.jpg (65 KB)

Təxminən 29 kilometr enində olan Babülməndəb boğazının ortasında yerləşən Perim adası strateji baxımdan mühüm mövqeyə malikdir. Ada boğazın keçidlərinə nəzarət etmək üçün əlverişli nöqtə hesab olunur.

Adanı və ona yaxın sahil zolağını nəzarətdə saxlayan husilər artıq bölgədən keçən gəmiləri yalnız uzaqmənzilli raketlər və PUA-larla deyil, artilleriya və qısamənzilli silahlarla da təhdid edə bilər.

Normal şəraitdə dünya dəniz ticarətinin təxminən 10 faizinin Babülməndəb boğazından keçdiyi bildirilir. Buna görə bölgədəki hərbi vəziyyətin kəskinləşməsi qlobal yükdaşımalara və enerji bazarına təsir göstərə bilər.

Neftin qiyməti sürətlə yüksəldi

hr7eypoa8aa1ahjpg-eFrN6vXVPkuNae.jpg (683 KB)

Babülməndəb boğazında yaranan vəziyyət Yaxın Şərqin iki mühüm dəniz keçidinin eyni vaxtda risk altında qalması ilə bağlı narahatlığı artırıb.

İranın Hörmüz boğazı üzərindəki təsiri ilə yanaşı, Səudiyyə Ərəbistanının Hörmüz boğazından yan keçmək üçün istifadə etdiyi alternativ neft marşrutunun da husilərin nəzarət etdiyi ərazilərdən keçməsi enerji bazarında təzyiqi artırıb.

İki əsas dəniz marşrutu ətrafında İranın təsir dairəsinin genişlənməsi və asan alternativ marşrutların məhdud olması fonunda neft bazarı buna dərhal reaksiya verib.

Brent markalı neftin bir barelinin qiyməti 107 dollar həddini keçib.

Babülməndəb boğazında vəziyyətin necə inkişaf edəcəyi isə həm qlobal dəniz ticarəti, həm də neft bazarı üçün əsas risklərdən biri olaraq qalır.