TƏBİB-də növbəti kadr dəyişikliyi baş verib.
Editor.az Bakupost.az-a istinadla xəbər verir ki, qurumun İcraçı direktorunun müavini Araz Nəsirov işdən çıxarılıb.
Araz Nəsirov TƏBİB-in İcraçı direktorunun müavini vəzifəsinə 30 noyabr 2022-ci ildə təyin edilmişdi. O, təxminən üç il yarım ərzində qurumun rəhbərliyində təmsil olunub. Bundan əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Strateji təhlil departamentinin rəhbəri vəzifəsində çalışıb, maliyyə, strateji idarəetmə və sığorta sahəsində müxtəlif vəzifələr tutub.
Araz Nəsirov TƏBİB-də Vüqar Qurbanovun rəhbərliyi dövründə formalaşan idarəetmə komandasının əsas üzvlərindən biri hesab olunurdu.
Xatırladaq ki, son günlər TƏBİB-də genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirilir. Qurumun İnsan resursları, Beynəlxalq əlaqələr, İnzibati idarəetmə, İlkin səhiyyə xidməti və digər departamentlərinin rəhbərləri, eləcə də bir sıra şöbə müdirlərinin vəzifələrindən çıxarılıb.


