İran səmasında “od yağışı”: ABŞ-nin əməliyyatı genişlənirbackend

İran səmasında “od yağışı”: ABŞ-nin əməliyyatı genişlənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Silahlı Qüvvələri İrandakı hədəflərə qarşı yeni zərbələr endirməyə başlayıb.

​Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” platformasında məlumat yayıb.

​”ABŞ Mərkəzi Komandanlığının qüvvələri ali baş komandanın göstərişi ilə İrandakı bir neçə hədəfə qarşı özünümüdafiə məqsədilə əlavə zərbələr endirməyə başlayıb. Bu zərbələr İranın əsassız və davam edən təcavüzünə cavab xarakteri daşıyır”, – deyə rəsmi açıqlamada vurğulanır.

​Digər tərəfdən, İranın müxtəlif bölgələrində partlayışların baş verdiyi və hava hücumundan müdafiə (HHM) sistemlərinin işə düşdüyü bildirilir. Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

​İlkin məlumatlara əsasən, HHM sistemləri Tehran bölgəsində aktivləşib. Eyni zamanda, Keşm adası, eləcə də Sirik və Minab yaşayış məntəqələrində də partlayış səslərinin eşidildiyi barədə xəbərlər daxil olmaqdadır.

​Qeyd edək ki, ABŞ-nin Hörmüz boğazı ətrafındakı adalara və paytaxt Tehrana endirdiyi zərbələrlə yanaşı, İranın İraq Kürdüstanına vurduğu cavab zərbələri barədə də iddialar yayılmaqdadır.