Yaxın Şərqdə ABŞ və İran arasında hərbi qarşıdurmanın daha da genişlənməsi qlobal enerji bazarında ciddi narahatlıq yaradıb. Brent markalı neftin bir barrelinin qiyməti iyul ayından bəri ilk dəfə 100 dollar həddini keçib.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, qiymət artımının əsas səbəblərindən biri Hörmüz boğazında gəmiçilik və enerji daşımaları ilə bağlı risklərin yüksəlməsidir. ABŞ-İran qarşıdurmasının dərinləşməsi investorların neft tədarükündə fasilələr yaranacağı qorxusunu artırıb.
//Samir Qurbanov, Editor.az

