Bakıda 2 nəfər qatarın altında qalıb öldü – Təfərrüatbackend

Bakıda 2 nəfər qatarın altında qalıb öldü – Təfərrüat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 29-u axşam saat 10 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkətdə olan zaman iki nəfəri vurub.

Editor.az  oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1995-ci il təvəllüdlü Elməddin Fərzəliyev və 2007-ci il təvəllüdlü Səbuhi Zərbəliyev qatarın altında qalıblar.

Hər iki şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

Sakinlər qəza ilə bağlı bir sıra iddialar səsləndirib.

“Elektrovozun işığı yanmırdı, yansaydı görüb saxlayardı”, – deyə Elməddin Fərzəliyevin əmisi bildirib.

Vətəndaşların iddiaları ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, səsləndirilən fikirlər həqiqəti əks etdirmir.

————
09:59

Ötən gecə saat 22 radələrində paytaxtın Qaradağ rayonu ərazisində 2 nəfər qatarın altında qalaraq ölüb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, 1995-ci il təvəllüdlü E.Fərzəliyev və 2007-ci il təvəllüdlü S.Zərbəliyev hərəkətdə olan qatarın altında qalıblar. Onlar aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.

Hadisə ilə bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır.