Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə…backend

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan ABŞ hökumətinin təşkil etdiyi “Sülh yolu ilə rifah: Transxəzər Ticarət Marşrutuna və TRİPP-ə investisiya” adlı tədbirdə iştirak ediblər.

Editor.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Tədbirdə həmçinin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Xanrahan və ABŞ-ın sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff da iştirak edib.

Müzakirə zamanı sülh və regional əlaqəlilik gündəliyi, həmçinin 2025-ci il avqustun 8-dən etibarən əldə olunan mühüm nailiyyətlər müzakirə olunub.