Yunanıstandan Türkiyəyə boykot ÇAĞIRIŞIbackend

Yunanıstandan Türkiyəyə boykot ÇAĞIRIŞI 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antalyada keçirilməsi planlaşdırılan COP31 İqlim Sammiti ərəfəsində Yunanıstan Aİ ölkələrini Türkiyəni boykot etməyə çağırıb.

Editor.az xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” qəzeti məlumat yayıb.

Belə ki, Yunanıstan boykot üçün səbəb kimi Cənubi Kipri ​​göstərib. Yunanıstanın Energetika Naziri Stavros Papastavru, Antalyada keçirilməsi nəzərdə tutulan COP31 İqlim Sammiti ərəfəsində Avropa İttifaqına (Aİ) üzv dövlətlərə boykot çağırışı edib.

Afina administrasiyası, Türkiyənin Yunan Kipr Administrasiyasının (YKA) lideri Nikos Xristodulidisi bu mühüm tədbirə dəvət etməməsi səbəbindən Aİ-nin sammitə qarşı vahid mövqe tutmasını tələb edib.

//Dəniz Pənahova, Editor.az