Qara və digər tünd rəngli avtomobillərə qoyulan məhdudiyyətlər səbəbindən Türkmənistanın paytaxtı Aşqabadda hərəkətdə ağ və açıq rəngli nəqliyyat vasitələri üstünlük təşkil edir.
Editor.az xəbər verir ki, 2015-ci ildə idxal məhdudiyyətləri ilə başlayan nəqliyyat vasitələrinin rəngləri ilə bağlı siyasət 2018-ci ildə sərtləşdirildi və bəzi sahiblər avtomobillərini sürməyə davam edə bilmələri üçün açıq rənglərə boyamağa məcbur oldular.
Aşqabadda tünd rəngli nəqliyyat vasitələrini hədəf alan tədbirlər idxal, qeydiyyat və yollarda faktiki istifadə mərhələlərinə qədər genişləndirilib. Türkmənistanda qara avtomobilləri açıq şəkildə qadağan edən milli qanun olmasa da, paytaxtda tətbiq edilən inzibati məhdudiyyətlər ağ avtomobillərin küçələrdə dominant rəngə çevrilməsinə səbəb olub.
//Dəniz Pənahova, Editor.az 

