Adları bir-bir açıqlandı — 12 maqnat KİMDİR?backend

Adları bir-bir açıqlandı — 12 maqnat KİMDİR? 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MASAK, ictimaiyyətə “fond qalmaqalı” kimi məlum olan işlə əlaqəli yeddi ləğv ediləcək şirkətə məxsus 131 investisiya fondunda payların TEFAS vasitəsilə ticarət edilmədiyi dövrlərdə pay saxlayan şəxslərlə bağlı məlumatları İstanbul Baş Prokurorluğuna təqdim edib.

Editor.az xəbər verir ki, bu şəxslərin siyahısına “Tera Portföy”ün ilkin kütləvi təklifindən (IPO) əvvəl qapalı tipli bir fonda milyardlarla lirə dəyərində investisiya qoyan və qeyri-adi gəlir əldə edən 12 nəfər də daxildir.

Xəzinədarlıq və Maliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən MASAK, kapital bazarlarında aparılan son məhkəmə və inzibati araşdırmalar çərçivəsində maliyyə sisteminin təhlükəsizliyinin qorunması, şübhəli aktiv hərəkətlərinin qarşısının alınması, habelə aktivlərin gizlədilməsi və ya yayındırılması ilə bağlı potensial cəhdlərin aşkar edilməsi istiqamətində səylərini davam etdirir.

Bu kontekstdə, “Pusula Finans”, “Tera Yatırım”, “Hedef Holding” və “Bulls Yatırım” şirkətlərində, eləcə də onlarla əlaqəli və bağlı maliyyə qurumlarında vəzifə tutmuş və ya hazırda vəzifə icra edən ümumilikdə 117 rəhbər şəxsin maliyyə əməliyyatları ətraflı şəkildə araşdırılmış; iki təhlil hesabatı hazırlanaraq İstanbul Baş Prokurorluğuna təqdim edilmişdir.

//Dəniz Pənahova, Editor.az