Sayca 10-cu dəfə Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisinə gələn xarici turistlərin sayı rekord həddə çataraq 16 mini keçib.
Editor.az xəbər verir ki, bu barədə Axar.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat verib.
Bu, Formula-1-in paytaxt Bakıda keçirildiyi dövrdə qeydə alınan ən yüksək göstəricidir. Xarici qonaqların ötən ilki sayı 14 min olmuşdu.
Yarışa beynəlxalq marağın artması bilet satışlarında da özünü göstərir. 2026-cı il Azərbaycan Qran-Prisinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb. Bu göstərici yarışın beynəlxalq coğrafiyasının daha da genişləndiyini göstərir.

