Təqaüddə olan Federal Təhlükəsizlik Xidməti (FTX) general-mayoru İqor Laptev Moskvada intihar edib.
Editor.az unikal.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.
Hadisə avqustun 20-də baş verib. 83 yaşlı kişi Verxnyaya Krasnoselskaya küçəsindəki mənzilində ölü tapılıb.
İqor Laptev Əfqanıstanda döyüşüb və daha sonra Rusiya Federal Təhlükəsizlik Xidmətində və vergi polisində xidmət edib. 1990-cı illərin sonlarında Vergilər və Rüsumlar nazirinin müavini vəzifəsində çalışıb və daha sonra “İnformtexnika” Şirkətlər Qrupunun Direktorlar Şurasının sədri olub. Laptev “Şərəf” ordeni ilə təltif edilib.


