Cadu, yoxsa müəmmalı təsadüf? – Türkiyədə çoxunu düşündürən sirli HADİSƏLƏRbackend

Cadu, yoxsa müəmmalı təsadüf? – Türkiyədə çoxunu düşündürən sirli HADİSƏLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən günlərdə yarı məzəli, yarı düşündürən xəbər oxudum. Qanalı şaman Nana Kvakvu Bonsam deyir ki, Türkiyə millisinin 2026-cı il dünya çempionatındakı uğursuz çıxışı ona görə imiş.

Söhbətə baxın: “Ritual edirdim ki, Qananın rəqibini zəiflədim, amma köməkçim əlində xəritə olan vaxt büdrədi, hazırladığım xüsusi “cadu” səhvən yönünü dəyişib Türkiyə millisinə “dəydi”.

Qanalı şaman bəlkə ilin əvvəlindən səhv edib? Yoxsa Türkiyənin başı üzərindəki “qara buludlar”ın izahını necə verək?

Qardaş ölkə 2026-cı il girəndən bəri itirir axı…

Şou-biznes, mədəniyyət sahəsinə ardıcıl zərbələrin səbəbi nədir?

Əvvəlcə Türkiyə sənət camiəsini yerli-dibli silkələyən əməliyyatı yada salaq.

2025-ci ilin sonlarından başladı, bu il böyüdü və hələ də davam edir: narkotik istintaqı…

Qonşuluqda genişmiqyaslı narkotik istintaqını ilk dəfə 2025-ci il dekabrın 18-də İstanbulda gördük. Məşhur müğənnilər, aktyorlar, fenomenlər və media nümayəndələrinin evlərində eyni vaxtda axtarışlar aparıldı, bir sıra tanınmış şəxslər saxlanıldı.

Bundan sonra əməliyyatlar mərhələli şəkildə davam etdi və dekabrın sonu, eləcə də 2026-cı ilin yanvar-fevral aylarında yeni dalğalar keçirildi. Bu prosesdə onlarla tanınmış şəxs ifadəyə çağırıldı, bəziləri barəsində həbs, digərləri haqqında isə məhkəmə nəzarəti və ya ölkədən çıxış qadağası qərarı verildi.

Əməliyyatın növbəti böyük mərhələsi isə 2026-cı il aprelin 7-də keçirildi. Məşhurlar sırasında – Simge Sağın, İbrahim Çelikkol, Melek Mosso, Mustafa Ceceli, Serenay Sarıkaya, Mert Demir, Oktay Kaynarca, Mabel Matiz, Büşra Pekin, Tan Taşçı, Blok3 və başqa kimlər kimlər oldu.

Qardaş ölkənin mədəniyyət sahəsi təkcə bununla sarsılmadı.

“Yarpaq tökümü”…

İl başlayandan Türkiyə ya qəzadan, ya xəstəlikdən, ya da təbii səbəblərdən itkilərlə üzləşdi.

Məsələn;

Türkiyənin ustad teatr sənətçisi Haldun Dormen – 97 yaşında müalicə aldığı xəstəxanada, infeksiya səbəbindən vəfat etdi.

Müğənni Fatih Ürek 59 yaşında infarktdan dünyasını dəyişdi.

45 yaşında dünyasını dəyişən aktyor Kanbolat Görkem Arslanın vəfat xəbəri də Türkiyə sənət dünyasında böyük sarsıntı yaratdı.

Aktyor Ali Tutal beyin qanamasına görə xəstəxanaya yerləşdirildi, bir ay sonra 76 yaşında vəfat etdi.

Professor İlber Ortaylı müalicə aldığı xəstəxanada 78 yaşında dünya ilə vidalaşdı.

Azərbaycanı sərt tənqid edən türk müğənni Rıza Tamer də bu il faciəli şəkildə ölənlər sırasında oldu. İddiaya görə, o, həmişəki dərmanlarını qəbul etdikdən sonra ürəkbulanma və nəfəs darlığından əziyyət çəkib, onu xilas etmək mümkün olmayıb.

“Kızılcık şerbeti” serialı ilə tanıdığımız aktrisa Ece Ertem 35 yaşında öldü. Kimisi ürəktutması dedi, kimi antidepresantla içkini qarışdırıb qəbul etdiyinə görə dedi, kimisi də meymun dişləməsi…

Türk filmlərinin əfsanəsi Kadir İnanırı da itirdik bu il. 77 yaşında vəfat edən sənətçi, bir müddətdir ağciyər xərçəngindən əziyyət çəkdiyi üçün müalicə alırdı.

Türkiyənin məşhur “Gözleri Kara Deniz” serialında ikinci planda rol alan 19 yaşlı aktrisa Gamze Saklı da yol-nəqliyyat hadisəsində faciəvi şəkildə həlak oldu.

Bu gün – 30 iyunda aktyor Mustafa Başalan 52 yaşında ürəktutmasına məğlub oldu….

Və daha başqa adlar….

Globalinfo.az