ABŞ qanunvericiləri Ukraynaya hərbi dəstəyin davam etdirilməsi məqsədilə 750 milyon dollar məbləğində yardımın ayrılmasını nəzərdə tutan təşəbbüsü müdafiə büdcəsinə daxil ediblər.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi 2027-ci maliyyə ili üçün Milli Müdafiə Səlahiyyətləri Aktının (NDAA) öz versiyasını təsdiqləyib. Sənəddə Ukrayna Təhlükəsizlik Yardımı Təşəbbüsü (USAI) çərçivəsində maliyyələşdirmənin 750 milyon dollara qədər artırılması nəzərdə tutulur. Sözügedən proqram ABŞ müdafiə şirkətlərindən Ukrayna ordusu üçün silah və hərbi texnikanın alınmasını maliyyələşdirir.
//Samir Qurbanov, Editor.az


