Ərdoğan Səudiyyə Ərəbistanında: Tarixi “Məkkə Müqaviləsi” İMZALANACAQ – 3 müsəlman ölkəsi GÜCLƏRİNİ BİRLƏŞDİRİRbackend

Ərdoğan Səudiyyə Ərəbistanında: Tarixi “Məkkə Müqaviləsi” İMZALANACAQ – 3 müsəlman ölkəsi GÜCLƏRİNİ BİRLƏŞDİRİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib.

Musavat.com xəbər verir ki, Türkiyə dövlət başçısını və onu müşayiət edən nümayəndə heyətini daşıyan xüsusi təyyarə Ciddədəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanına enib.

Səfər çərçivəsində Məkkəyə yola düşən Prezident Ərdoğanın burada Səudiyyə Ərəbistanının Vəliəhdi Məhəmməd bin Səlman və Pakistanın Baş naziri Şahbaz Şəriflə üçtərəfli görüşü nəzərdə tutulub.

Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, səfər zamanı Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə ittifaqının imzalanması nəzərdə tutulur.

İttifaqın adı “Məkkə Müqaviləsi” olacaq.

Qeyd edək ki, yeni hərbi pakt bölgədə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Üç ölkənin bir araya gəlməsi Yaxın Şərq və İslam dünyasında yeni güc mərkəzinin formalaşması kimi qiymətləndirilir.