Ermənistanda parlament seçkisi keçirilir – VİDEObackend

Ermənistanda parlament seçkisi keçirilir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda parlament seçkisi başlayıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə uyğun gəlir – red.) ölkə üzrə 2 500 seçki məntəqəsi açılıb.

Seçkidə iştirak etmək üçün 16 partiya və 2 blok qeydiyyata alınıb. Rəsmi məlumatlara görə, 2.5 milyon vətəndaşın səsvermə hüququ var. Seçici fəallığının göstəricisindən asılı olmayaraq səsvermə baş tutmuş hesab ediləcək – yeni seçki məcəlləsi ilə hər hansı bir minimal hədd müəyyən edilməyib.

Məntəqələr saat 20:00-da bağlanacaq. Ermənistan Mərkəzi Seçki Komissiyası ilkin nəticələri növbəti gün, yekun nəticələri isə ən geci yeddinci gün elan edəcək.