Çində bir gündə iki güclü zəlzələ baş veribbackend

Çində bir gündə iki güclü zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin şimal hissəsində yerləşən Tsinxay əyalətində 5.8 və 5.6 maqnitudalı iki zəlzələ qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Məlumata əsasən, ilk yeraltı təkanın episentri təxminən 1.6 milyon əhalisi olan Sinin şəhərindən 242 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

İkinci zəlzələnin episentri isə eyni şəhərdən 249 km cənub-qərb istiqamətində qeydə alınıb, onun ocağı 15 km dərinlikdə yerləşib.

Hər hansı dağıntı və ya xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.