İsraildə keçiriləcək parlament seçkiləri ərəfəsində xarici müdaxilə iddiaları yenidən gündəmə gəlib.
The Jerusalem Post nəşrinin yaydığı məlumata görə, İsrailin təhlükəsizlik qurumları Türkiyənin sosial şəbəkələr vasitəsilə seçki kampaniyasına təsir göstərməyə çalışdığı iddialarını araşdırır.
Bildirilir ki, araşdırma çərçivəsində sosial media platformalarında koordinasiyalı fəaliyyət göstərdiyi ehtimal olunan hesablar və onların mümkün əlaqələri yoxlanılır. İsrail təhlükəsizlik rəsmilərinin fikrincə, məqsəd seçki prosesinə təsir göstərmək və ölkə daxilində ictimai-siyasi parçalanmanı dərinləşdirmək ola bilər.
Məlumata görə, hələlik bu iddiaları təsdiqləyən rəsmi texniki sübutlar ictimaiyyətə açıqlanmayıb və araşdırma davam edir.
Musavat.com

