YAP-ın bugünkü qərarı: Ramiz Mehdiyevlə bağlı mühüm dəyişiklikbackend

YAP-ın bugünkü qərarı: Ramiz Mehdiyevlə bağlı mühüm dəyişiklik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bu gün keçirilən iclasında partiyanın Veteranlar Şurasının tərkibi ilə bağlı qərar qəbul edilib.

Editor.az-ın “Unikal”a istinadən yaydığı məlumata görə, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından çıxarılıb.

Xatırladaq ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına rəhbərlik edib. O, daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışıb.

Hazırda Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, külli miqdarda rüşvət alma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə təqsirləndirilir.

Qeyd olunan ittihamlar üzrə onun hüquqi vəziyyəti məhkəmə prosesi çərçivəsində qiymətləndirilməlidir.