Rusiyada güclü zəlzələ: Azərbaycana da təhlükə varmı? – Seysmoloqdan AÇIQLAMAbackend

Rusiyada güclü zəlzələ: Azərbaycana da təhlükə varmı? – Seysmoloqdan AÇIQLAMA  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Kamçatka bölgəsi dünyanın seysmik baxımdan ən aktiv ərazilərindən biridir. Burada baş verən güclü zəlzələlər həmin ərazinin geoloji xüsusiyyətləri ilə bağlıdır və Azərbaycanın seysmik vəziyyətinə birbaşa təsir göstərmir.

Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq-seysmoloq Ənvər Əliyev mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, Kamçatka, Saxalin, Yaponiya və İndoneziyanı əhatə edən ərazilər dünyanın ən aktiv seysmik zonaları sırasındadır.

Onun sözlərinə görə, bu ərazilərdə dağəmələgəlmə prosesləri və yer qabığındakı hərəkətlər intensiv gedir:

“Tikinti sektorunda əsl mütəxəssislər, geoloqlar var” — Seysmoloq

“Kamçatkada baş verən zəlzələlər də həmin geoloji proseslərin nəticəsidir. Bu baxımdan, sözügedən bölgədə güclü zəlzələlərin qeydə alınması təbii haldır”.

Ənvər Əliyev qeyd edib ki, Kamçatkadakı zəlzələlərin Azərbaycan üçün narahatlıq doğuracaq bir əhəmiyyəti yoxdur. Onun sözlərinə görə, ölkəmizdə güclü zəlzələnin nə vaxt baş verəcəyini əvvəlcədən dəqiq müəyyənləşdirmək mümkün deyil.

Seysmoloq bildirib ki, zəlzələlər yerin dərin qatlarında gedən mürəkkəb geoloji proseslərlə bağlıdır və bu proseslərin dəqiq vaxtını qabaqcadan müəyyən etmək mümkün deyil.