Ukraynanın Odessa vilayətində hərbi təyyarə qəzaya uğrayıb.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, hadisə zamanı MiQ-29 qırıcısı qəzaya uğrayıb.
Təyyarənin pilotu vaxtında katapult etməyə nail olub.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Qəzanın digər təfərrüatları barədə hələlik əlavə məlumat açıqlanmayıb.
//Samir Qurbanov, Editor.az

