Google kompüterdəki fotoşəkillərin ehtiyat nüsxələrinin yaradılması ilə bağlı istifadəçilər üçün mühüm dəyişiklik tətbiq edir.
Şirkətin məlumatına görə, 10 avqust 2026-cı ildən etibarən Google Drive-ın masaüstü versiyası ilə Google Photos arasında əvvəlki avtomatik sinxronizasiya funksiyasına dəstək dayandırılır.
Bu dəyişiklik kompüterindəki fotoşəkilləri Google Drive vasitəsilə avtomatik olaraq Google Photos-a köçürən istifadəçilərə təsir edəcək.
Google Photos-da fotoşəkillərin ehtiyat nüsxəsini saxlamaq istəyən istifadəçilərə şəkilləri birbaşa Google Photos platformasına yükləmək tövsiyə olunur.
Mütəxəssislər isə vacib fotoşəkillərin yalnız bir bulud xidmətində saxlanılmamasını, əlavə olaraq xarici yaddaş qurğusunda və ya başqa etibarlı bulud xidmətində ehtiyat nüsxəsinin yaradılmasını məsləhət görürlər.
Beləliklə, istifadəçilər bundan sonra fotoşəkillərin avtomatik ehtiyat nüsxələnməsi üçün Google Drive ilə Google Photos arasındakı əvvəlki sinxronizasiya üsuluna deyil, Google Photos-un öz yükləmə imkanlarına üstünlük verməlidirlər.
//Samir Qurbanov, Editor.az

