İsrail Müdafiə Ordusunun (ÇAXAL) Baş Qərargah rəisi Eyal Zamir ölkənin qarşılaşdığı “bütün əsas cəbhələrdə” hazırda danışıqların aparıldığını açıqlayıb.
Zamir bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuperin iştirakı ilə keçirilən müşavirədə danışıb. Bu barədə ÇAXAL-ın mətbuat xidməti məlumat yayıb.
Baş Qərargah rəisi danışıqların eyni vaxtda əsas cəbhələr üzrə aparılmasını İsrail ordusunun əldə etdiyi mühüm nailiyyətlərdən biri kimi qiymətləndirib.
O, danışıqların konkret olaraq hansı tərəflər arasında aparıldığı və prosesin hansı mərhələdə olduğu barədə əlavə məlumat verməyib.
//Samir Qurbanov, Editor.az

