Rusiya Türkiyənin Ukraynada döyüşlərin dayandırılması təklifinə münasibət bildirdibackend

Rusiya Türkiyənin Ukraynada döyüşlərin dayandırılması təklifinə münasibət bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Türkiyənin Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı təklifinə münasibət bildirib.

Editor.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ukraynada döyüşlərin dayandırılmasına dair moratorium tətbiq edilməsi təklifini tənqid edib.

Kolesnikin sözlərinə görə, Rusiya danışıqlar prosesində ilk növbədə öz maraqlarını əsas götürməli və Donbas və “Novorossiya” kimi təqdim etdiyi ərazilər üzərində nəzarəti təmin etməlidir.

Deputatın açıqlamasını “Ridus” yayıb.
Qeyd edək ki, Türkiyə Ukraynada müharibənin dayandırılması və tərəflər arasında gərginliyin azaldılması istiqamətində diplomatik təşəbbüsləri dəstəkləyir. Ankara münaqişənin danışıqlar yolu ilə həllinə çağırışlar edir.

//Samir Qurbanov, Editor.az