Foreign Policy: Ukrayna müharibədə yeni strategiya seçibbackend

Foreign Policy: Ukrayna müharibədə yeni strategiya seçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna genişmiqyaslı hücum əməliyyatları əvəzinə Rusiyanın hərbi və iqtisadi potensialını mərhələli şəkildə zəiflətməyə əsaslanan yeni müharibə strategiyasını formalaşdırıb.

Editor.az xəbər verir ki, bu barədə Foreign Policy nəşri yazıb.
Nəşrin müəllifi Kristian Keril Ukraynaya səfəri zamanı hərbçilər və ekspertlərlə keçirdiyi görüşlərə əsaslanaraq bildirir ki, Kiyev artıq əsas diqqəti dərin zərbələrə, hərbi logistikanın pozulmasına, neft emalı müəssisələrinin və digər strateji obyektlərin hədəfə alınmasına yönəldib. Məqsəd Rusiyanın müharibəni davam etdirmək imkanlarını tədricən məhdudlaşdırmaqdır.

Məqalədə qeyd olunur ki, Ukrayna rəhbərliyi bu yanaşmanı uzunmüddətli perspektivdə Rusiyaya davamlı təzyiq göstərməyin ən real yolu hesab edir. Bununla belə, müəllif strategiyanın Kremlin mövqeyini dəyişməyə kifayət edib-etməyəcəyinin hələ məlum olmadığını vurğulayır.
Foreign Policy yazır ki, yeni strategiyanın uğuru Ukraynanın mövcud resurslarından, uzaqmənzilli silah imkanlarından və Qərb ölkələrinin hərbi-maliyyə dəstəyinin davamlılığından asılı olacaq.

//Samir Qurbanov, Editor.az