Sərhəddə qarşıdurma: İsraillilər qanunsuz Suriyaya daxil oldular – Nə baş verir?backend

Sərhəddə qarşıdurma: İsraillilər qanunsuz Suriyaya daxil oldular – Nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail vətəndaşları Suriya sərhədini qanunsuz keçməyə cəhd göstəriblər.

Globalinfo.az bildirir ki, İsrail Müdafiə Ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, Hermon dağı bölgəsində bir neçə İsrail vətəndaşı Suriya ərazisinə qanunsuz daxil olmağa cəhd göstərib.

Məlumata əsasən, həmin şəxslər hərbçilər tərəfindən saxlanılıb və daha sonra polisə təhvil veriliblər.

Ordunun mətbuat xidməti hadisəni qətiyyətlə pisləyərək bildirib ki, bu, son günlər baş verən ilk hal deyil.

“Bu, cinayət xarakterli əməldir və vətəndaşların həyatını ciddi təhlükə altına qoyur”, – deyə ordunun açıqlamasında vurğulanıb.

Bəyanatda qeyd olunur ki, bu cür hadisələr sərhəd bölgəsində hərbi əməliyyatların gedişinə mane olur, hərbçilərin diqqətini əsas döyüş tapşırıqlarından yayındırır.

İsrail ordusu məsul şəxslərin qanunvericiliyə uyğun şəkildə cəzalandırılacağını gözləyir”, – deyə açıqlamada vurğulanıb.