Zelenski ABŞ-dan Patriot raketlərinin çatdırılacağını açıqladıbackend

Zelenski ABŞ-dan Patriot raketlərinin çatdırılacağını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski yaxın günlərdə ABŞ-dan yeni hərbi yardım paketinin təqdim ediləcəyini bildirib.

Onun sözlərinə görə, paketə Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlər də daxil olacaq.
Zelenski qeyd edib ki, əlavə Patriot raketləri Ukraynanın Rusiya tərəfindən həyata keçirilən raket və pilotsuz uçuş aparatları hücumlarına qarşı hava müdafiə imkanlarını gücləndirməyə xidmət edəcək.

Bu açıqlama NATO sammiti çərçivəsində ABŞ və Ukrayna rəsmiləri arasında keçirilən danışıqlardan sonra səsləndirilib.

//Samir Qurbanov, Editor.az