Macarıstanın Baş naziri Peter Madyar NATO-nun Ankarada keçirilən sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan aldığı qeyri-adi hədiyyəni ictimaiyyətə təqdim edib.
Madyar sosial şəbəkə hesabında Ərdoğanın ona hədiyyə etdiyi tapançanın fotosunu paylaşaraq, hədiyyəyə görə təşəkkürünü bildirib.
Hədiyyənin hansı münasibətlə təqdim edildiyi və silahın xüsusiyyətləri barədə əlavə məlumat açıqlanmayıb.
//Samir Qurbanov, Editor.az

