ABŞ ordusu İranda Buşəhr AES yaxınlığına zərbələr endirib – VİDEObackend

ABŞ ordusu İranda Buşəhr AES yaxınlığına zərbələr endirib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hərbçiləri İranın Buşəhr atom elektrik stansiyasına (AES) yaxın ərazilərə zərbələr endiriblər.

Oxu.Az xəbər verir ki, bu barədə yerli idarəetmə orqanlarının nümayəndəsinə istinadən İranın “Al Alam” telekanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, günortadan sonra Buşəhr əyalətindəki bir neçə obyekt, o cümlədən (eyniadlı) AES-in ətrafı hücuma məruz qalıb. Həyata keçirilən hücumların nəticələri barədə hələlik heç bir təfərrüat verilmir.

İran İslam Respublikasının Bəndər Abbas liman şəhəri ərazisində isə mənşəyi məlum olmayan partlayış səsləri qeydə alınıb. “Mehr” xəbər agentliyinin məlumatına əsasən, səslər Fars körfəzi sularından gəlməkdədir. Xəbərlərdə qeyd olunur ki, hadisə yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 14:30) qeydə alınıb. Agentliyin məlumatında xüsusi vurğulanır ki, indiyə qədər sözügedən insidentlə bağlı dövlət qurumları tərəfindən heç bir rəsmi rəy bildirilməyib.

Bundan başqa ABŞ Silahlı Qüvvələrinin İranın cənubunda yerləşən Sirik şəhərinin limanına endirdiyi zərbələr nəticəsində ölənlərin və yaralananların olduğu bildirilib. Məlumata görə hadisə nəticəsində ən azı üç nəfər həyatını itirib, daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.