Rusiyanın Saratov Neft Emalı Zavodu pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində zədələndikdən sonra neft emalını müvəqqəti dayandırıb. Bu barədə məlumatlı mənbələrə istinadən Reuters agentliyi xəbər yayıb.
Məlumata görə, zavod çərşənbə günü baş verən hücum zamanı zərər görüb və bunun ardınca müəssisədə neft emalı prosesi dayandırılıb.
Reuters-in həmsöhbətləri bildiriblər ki, hazırda zədələrin miqyası qiymətləndirilir və istehsalın nə vaxt bərpa olunacağı hələ məlum deyil.
//Samir Qurbanov, Editor.az

