İspaniyanın Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Madridin ünvanına səsləndirdiyi tənqidi açıqlamaları şərh etməyəcək.
Editor.az xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares məlumat verib. Onun sözlərinə görə, rəsmi Madrid Trampın bəyanatlarına cavab vermək niyyətində deyil.
Nazir məsələ ilə bağlı əlavə şərh verməyərək, İspaniyanın xarici siyasətdə tərəfdaşları ilə konstruktiv dialoqa üstünlük verdiyini bildirib.
//Samir Qurbanov, Editor.az

