Hindistanda bir çoban dişi aslanın hücumundan qeyri-adi üsulla xilas olub. Hadisə zamanı yırtıcı heyvan kişinin ayaqlarından yapışaraq onu təxminən 30 dəqiqə hərəkətsiz vəziyyətdə saxlayıb.
Editor.az bu barədə RT-ə istinadla məlumat yayıb.
Məlumata görə, çoban panikaya düşmək əvəzinə dişi aslanı sakitləşdirmək üçün onu sığallamağa başlayıb. Yırtıcı zaman-zaman dişlərini qıcayaraq nərildəsə də, kişiyə əlavə hücum etməyib.
Hadisənin şahidləri vəhşi heyvanı uzaqlaşdırmaq üçün ona daş atsalar da, yaxınlaşmağa cəsarət etməyiblər. Çoban isə bütün bu müddət ərzində dişi aslanı sığallamağa davam edib. Nəticədə yırtıcı kişini sərbəst buraxaraq meşəyə tərəf uzaqlaşıb.
Hadisə nəticəsində çobanın sağ qalması yerli sakinlər arasında böyük maraq doğurub. Onun soyuqqanlı davranışının faciənin qarşısını aldığı bildirilir.
//Gülnarə Abasova, Editor.az

