Hərbi ekspert: Müharibənin qısa müddətdə bitəcəyi gözlənilmirbackend

Hərbi ekspert: Müharibənin qısa müddətdə bitəcəyi gözlənilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski iyunun sonunda Təhlükəsizlik Xidmətinə (SBU) Rusiyaya təzyiqi artırmaq və Moskvanı müharibəni dayandırmağa məcbur etmək məqsədi daşıyan 40 günlük əməliyyat planını təsdiqləyib.
Bu müddət ərzində hərbi baxımdan diqqətçəkən hadisələr baş verib. Xüsusilə, Rusiyada internet ticarət şirkəti Wildberries-in anbarlarına zərbələr endirilib.

Bu hücumlar ölkədə geniş rezonans doğurub və bir çox rusiyalı üçün gözlənilməz olub.

UNIAN-a müsahibəsində pilotsuz uçuş aparatları bölməsinin komandiri və Hava Kəşfiyyatına Dəstək Mərkəzinin təsisçisi İqor Lutsenko bildirib ki, hazırkı şəraitdə müharibənin yaxın vaxtlarda başa çatacağına dair ciddi əlamətlər görünmür. Onun sözlərinə görə, Ukraynanın geri çəkilmək imkanı yoxdur, Rusiya Prezidenti Vladimir Putinin isə müharibəni dayandırmaq niyyəti müşahidə edilmir.
Lutsenko həmçinin tərəflərin qarşılıqlı zərbələri, Qara dənizdəki vəziyyət və Ukraynanın ballistik silah proqramının inkişafı ilə bağlı qiymətləndirmələrini də bölüşüb.

//Samir Qurbanov, Editor.az