İranla müharibə yaxın günlərdə bitəcək – İsrailin ədliyyə naziri Yariv Levinbackend

İranla müharibə yaxın günlərdə bitəcək – İsrailin ədliyyə naziri Yariv Levin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin ədliyyə naziri Yariv Levin Yaxın Şərqdəki münaqişənin iki-üç həftə ərzində bitə biləcəyini bildirib. Levinin sözlərinə görə, bu, aylarla bağlı məsələ deyil.

“Düşünmürəm ki, bu, uzun çəkəcək. Dəqiq deyə bilmərəm, amma bu, aylardan çox həftələrlə bağlı məsələdir.” – Yariv Levin deyib.
Lakin Levin hərbi əməliyyatların vaxtından əvvəl dayandırılmasının təhlükəsini qeyd edib. O, belə bir ssenarinin qlobal vəziyyət üçün dağıdıcı nəticələrə səbəb olacağını bildirib.

Qeyd etmək lazımdır ki, Vaşinqton əvvəllər İranın 14 təklifdən ibarət sülh planını rədd edib.

//Samir Qurbanov, Editor.az