Mayın 15-nə keçən gecə Ukrayna Pilotsuz Sistemlər Qüvvələri Rusiyanın hərbi obyektlərinə silsilə zərbələr endirib.
Məhv edilən hədəflər arasında “Be-200 Altair” amfibiya təyyarəsi, “Ka-27” helikopteri və döyüş sursatı daşıyan quru yük gəmisi var.
Bu barədə Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi “Madjar” “Telegram” kanalında məlumat yayıb.
Komandanın sözlərinə görə, gecə ərzində Pilotsuz Sistemlər Qüvvələrinin dronları Rusiyanın dərin arxa cəbhəsində yerləşən 23 hərbi hədəf və obyektə ümumilikdə 55 atəş zərbəsi endirib.
Musavat.com



