Latviyanın Baş naziri Evika Silina 14 mayda istefa verib. Bütün hökumət üzvləri də onunla birlikdə gedir.
Bu, “Proqressiv Partiya”nın Baş nazirin “Yeni Birlik” partiyası ilə koalisiyadan çıxmasından və yeni kabinet formalaşdırmaq üçün danışıqlara çağırışından sonra baş verib.
LSM Silinanın sözlərini sitat gətirib: “Mən istefa verirəm, amma təslim olmuram”. O, “Proqressiv Partiya”nın qərarını hökumət böhranına səbəb olan siyasi “qısqanclıq və dar partiya maraqları”nın nəticəsi kimi təsvir edib. Jurnalistlər iddia edirlər ki, Silinanın müttəfiqləri onun əvvəlki axşam istefasını gözləməyiblər.
Bu arada, “Proqressiv Partiya” parlament fraksiyasının rəhbəri Andris Şuvayevs bu səhər hökumətin “yıxıldığını” elan edib.
//Samir Qurbanov, Editor.az


