Ukrayna Prezident Aparatının rəhbəri Kirill Budanov “The Times” qəzetinə bildirib ki, Kreml Moskva ilə sülh danışıqlarına rəhbərlik edərkən belə, ona sui-qəsd etməyə çalışır.
Nəşr Budanovun 2020-ci ilin avqustundan 2026-cı ilin yanvarına qədər Ukrayna hərbi kəşfiyyatının rəhbəri vəzifəsində çalışdığını və bu müddət ərzində ən azı on sui-qəsd cəhdindən sağ çıxdığını xatırladıb. O, Ukrayna Silahlı Qüvvələrinin ən yüksək səviyyəli xüsusi əməliyyatlarının bəzilərini planlaşdırmaqda və iştirak etməkdə adı hallanan karyera kəşfiyyatçısıdır və buna görə də Budanovun fikrincə, Kremlin hələ də onu öldürməyə çalışması “tamamilə normaldır”.
Nəşr qeyd edir ki, Prezident Aparatında görünməmiş təhlükəsizlik tədbirləri görülüb, lakin Budanov görüşə jurnalistlərlə birlikdə tapança ilə gəlir.
//Samir Qurbanov, Editor.az


