İsrail dronları lazerlə məhv edən yeni sistem hazırlayıbbackend

İsrail dronları lazerlə məhv edən yeni sistem hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Esh-Tech şirkəti dronlara qarşı nəzərdə tutulmuş yeni DroneLight lazer sistemini Avropa bazarına çıxarmağa hazırlaşır.

Məlumata görə, sistem impuls lazer texnologiyası əsasında hazırlanıb. DroneLight aşağı enerji sərfiyyatı, təkmilləşdirilmiş texniki göstəricilər və nisbətən aşağı istismar xərcləri ilə seçilir.
Ənənəvi davamlı şüalanma (CW) lazerlərindən fərqli olaraq, DroneLight hədəfi qızdıraraq deyil, çox qısa müddətdə yüksək güclü impuls göndərərək məhv edir. Sistem cəmi 10 millisaniyəlik güclü lazer impulsu ilə hədəfin materialını deşərək fiziki zədələnmə yaradır.

Şirkətin məlumatına görə, lazer impulsları saniyədə 5 dəfə (5 Hz) təkrarlanır ki, bu da pilotsuz uçuş aparatlarının sürətli və effektiv şəkildə zərərsizləşdirilməsinə imkan verir.

//Samir Qurbanov, Editor.az