Rusiyanın Ermənistanda “B planı” olacaqmı? – SENSASİON AÇIQLAMALARbackend

Rusiyanın Ermənistanda “B planı” olacaqmı? – SENSASİON AÇIQLAMALAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) nəticələri rəsmi olaraq elan edilənə qədər Kreml bu ölkədəki parlament seçkilərinin yekunları barədə şərh vermək istəmir.

Musavat.com-un məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, Kreml məlumatları diqqətlə izləyir: “Mən bu barədə hər hansı rəsmi şərh verməkdən çəkinəcəyəm, çünki Ermənistan MSK-nın yekun nəticələri açıqlanmayıb, biz bu nəticələri gözləyirik”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Moskva İrəvanla münasibətlərdə gələcək kursunu Ermənistan rəhbərliyinin real addımlarını nəzərə almaqla qurmaq niyyətindədir. Bununla yanaşı, o vurğulayıb ki, keçirilmiş seçkilər Ermənistan cəmiyyətinin son dərəcə qütbləşdiyini əyani şəkildə nümayiş etdirib. “Ermənistanda seçkilər müxalifətə görünməmiş təzyiqlər və Qərbin müdaxiləsi fonunda baş tutub”, XİN sözçüsü deyib. O, həmçinin qeyd edib ki, Rusiya Ermənistana qarşı siyasətini Ermənistan rəhbərliyinin faktiki hərəkətləri əsasında formalaşdırmaq niyyətindədir. Seçkilərdən sonra Ermənistanda Paşinyanın Vətəndaş Müqaviləsi partiyasına dəstək əhəmiyyətli dərəcədə azalıb. Zaxarova bəyan edib ki, Moskva həmişə güclü və həqiqi suveren Ermənistanda maraqlı olub və olacaq.

Onun fikrincə, Ermənistanda keçirilən son seçkilər Ermənistan cəmiyyətinin son dərəcə qütbləşdiyini açıq şəkildə nümayiş etdirdi. Ermənistan cəmiyyətində Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi və Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünün davam etdirilməsinə açıq tələb var. Zaxarova bəyan edib ki, erməni xalqı Rusiya ilə qardaşdır, Rusiya onlara sülh və firavanlıq arzulayır.

Xatırladaq ki, bütün bunlar Rusiya ilə Ermənistan arasında gərgin münasibətlərin fonunda baş verir.

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili seçkidən öncə sosial media hesabında bəyanat yayaraq ölkəsinin ciddi hərbi-siyasi təhlükə ilə üz-üzə olduğunu bildirib və xalqı hərəkətə keçməyə çağırmışdı. O, Avropa İttifaqının (Aİ) Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başladığını xatırladaraq, vaxtilə bu prosesdə regionun lideri olan Gürcüstanın hazırkı hakimiyyətin şəxsi maraqlarına görə bu tarixi şansı itirdiyini vurğulamışdı. Saakaşvilinin sözlərinə görə, Rusiya rəhbərliyi Qərbin Qafqaz yolunu bağlamaq üçün Ermənistana hərbi müdaxilə etməyi planlaşdırır. “Rusiya bu əməliyyat çərçivəsində Gürcüstanı da heç bir müqavimət olmadan tamamilə işğal edə bilər. Ölkənin xilas olması üçün təcili olaraq Türkiyə və Azərbaycanla müdafiə paktı imzalamaqdır, lakin rəsmi Tbilisinin mövcud rəhbərliyi buna getmir. Yaranmış vəziyyətdən yeganə çıxış yolu budur, sərhədlərdə Rusiyanın fəallaşması müşahidə olunan kimi xalq hazırkı idarəçiləri kənarlaşdırmalı, siyasi məhbusları azad etməli, müvəqqəti hökumət quraraq kömək üçün qonşu dövlətlərə və Avropaya müraciət etməlidir”, eks-prezident demişdi.

Rusiyameyilli qüvvələrin məğlubiyyətindən sonra Paşinyanı hansısa təhlükə gözləyirmi? Rusiyanın Ermənistanla bağlı “B planı” varmı?

“Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, “Vətəndaş müqaviləsi” Partiyası səslərin 50%-indən çox səs toplayıb. Ermənistan qanunvericiliyində olan qaydaları da nəzərə alsaq, Paşinyanın partiyası təkbaşına hökuməti formalaşdıra biləcək. İrili – xırdalı 18 partiyanın qatıldığı bu seçkilərdə “revanşistlər”in toplum səsləri Paşinyanın partiyasının səslərindən azdır. Ermənstanda Paşınyana radikal olaraq müxalifədə olanları “revanşıstlər” adlandırsalar da, əslində Paşinyan revanş məsələsində onlardan geri qalmır. Sadəcə, o, 2020 və 2023-cü ildən sonra formalaşan yeni şəraitin diktəsi altında ritorikanı dəyişərək, nisbi və zorən sülhpərvər olub.
Sahib Məmmədov: "Təxribatları təşkil edən qüvvələr bilirdilər ki..."

Hüquqşünas Sahib Məmmədov qeyd edib ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün real addımlar atılmalıdır: “Konstitusiyadan və qanunlardan Azərbaycana qarşı ərazi iddaları götürülməlidir, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilməlidir, Zəngəzur dəhlizi üzrə real işlərə başlanmalıdır, Azərbaycanla de-yure və de-fakto diplomatik münasibətlər qurulmalıdır, iqtisadi əməkdaşlıq başlanmalıdır və s. Bizim üçün ən vacib şərti Paşinyan bu parlamentlə edə biləcəkmi? Yəni konstitusiya qəbul edilməsi üçün konstitusion çoxluq lazımdır. Bu isə elan olunan nəticələrlə təmin olunmayıb. Yəni Paşinyanın partiyası parlamentdə konstitusion çoxluğu əldə etməyib. Mənə elə gəlir ki, Paşinyanın partiyası qələbə qazansa da, onun üçün növbəti dövr o qədər də asan olmayacaq”.

S.Məmmədov səbəbini aşağıdakı şəkildə izah edib: “Birincisi, Paşinyan demokratik seçki görüntüsü yaratsa da, azad və ədalətli seçkilər keçirmədi. Demək olar ki, bütün rəqiblərinə qarşı cinayət işləri var və onlar barədə müxtəlif qətimkan tədbirləri seçilib. Belədə bərabər şeçki şəraitindən danışmaq mümkün deyil. İkincisi, Paşinyan inzibati resurslardan maksimum bəhrələndi, o cümlədən rəsmi mediadan və s. resurslardan. Həmçinin revanşistlərin elektrotının sayının məhdudlaşdırılması üçün əlindən gələni etdi. Seçki kampaniyasının əsasını rəqiblərinə hədə-qorxu gəlmək və təhqir üzərində qurdu. Hətta seçkilər günü belə, təqiblər davam etdi. Buna baxmayaraq, revanşistlər parlamentə əhəmiyyətli mövqe qazana bilib. Bu, o deməkdir ki, Ermənistanda etiraz dalğası səngiməyəcək, Paşıyana əks qüvvələr onu devirmək üçün əllərindən gələni edəcəklər”.

S.Məmmədov həmçinin qeyd etdi ki, Paşinyan ölkəsinin Rusiyadan bu qədər asılı olması fonunda yeritdiyi Avropapərəst siyasəti onun üçün problemlər yaradacaq: “Bir tərəfdən Avropa İttifaqı Ermənistanın Rusiyanın təsirindən çıxması üçün real addımlar tələb edəcək, digər tərəfdən Rusiya da əlində olan rıçaqlardan daha geniş istifadə etməklə təzyiqləri artıracaq. Bir sözlə, Paşinyanın illərlə apardığı “şaxələnmiş” siyasət elə bir yerə gəlib çatıb ki, bu yerdə konkret seçim edilməlidir. Çox da asan olmayacaq. Yaxın günlərdə daha dəqiq proqnoz vermək mümkün olacaq. Hələlik qeyri-müəyyənlik var və bu bir – iki gün də davam edəcək”. Hüquqşünas diqqətçəkən bir qeydini də bölüşdü: “Fikrimcə, Paşinyanın qələbəsinə sevinən bizm müxtəlif siyasətçilər, siyasətçi olmayanlar, sosial şəbəkə fəalları və s. isə bir qədər unutqanlıq edir. Paşıinyan hakimiyyətə hansı şüarlarla gəlmişdi? Paşinyan Xankəndində “artsax Ermənistandır və nöqtə” tezisi, onun Şuşada qondarma qurumun “parlamenti”nin binasını açması, Ermənistanın müdafiə nazirinin “yeni ərazilər üçün yeni müharibə” tezisini çox tez unutmuşuq. Tovuz təxribatı və nəhayət, 44 günlük müharibə zamanı onun Gəncəyə, Bərdəyə, Tərtərə, Goranboya, Göy-Gölə atdığı qadağan olunmuş raketlər və bombalar və nəhayət, Mingəçevir su anbarının partladılması üçün etdiyi cəhdlər unudulmamalıdır!”

Hüquqşünas əmindir ki, bundan sonrakı proseslər də Azərbaycandan asılı olacaq:

“Biz güclü olduqca, Paşinyan da “sülhpərvər” olmaqda davam edəcək. Yeri gəlmişkən, hətta revanşist dediklərimiz də hakimiyyətə gəlsəydi, bu, yeni müharibənin başlanması demək olmayacaqdı. Onlar da sülh danışıqlarına gedəcəkdi. Ola bilər başqa formatda. Kiminsə forpostu olmada davam etdikləri halda, biz onlara sahiblik edənlərlə danışacaqdıq. Yeni reallıq bizə belə imkanı tanıyır və biz yaxın bir-iki ildə sülh məsləsinə nöqtə qoymalıyıq. Paşınyana imkan verilməlidir ki, o, bəyanat və vədlərlə daha bir hakimiyyət müddətini başa vursun”.