SEPAH İsraildə aviabazalara zərbələr endirdibackend

SEPAH İsraildə aviabazalara zərbələr endirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İsrailin iki hərbi bazasına zərbələr endirib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İranın “Al-Alam” telekanalı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına əsasən məlumat yayıb.

Bildirilib ki, İsrailin cənubunda yerləşən Nevatim, eləcə də Təl-Əviv yaxınlığındakı Tel-Nof aviabazaları hücuma məruz qalıb. Qeyd edilir ki, zərbələr İsrail tərəfinin hərəkətlərinə cavab olaraq endirilib.

SEPAH əmin edib ki, İran hərbçiləri bütün cəbhələrdə əməliyyatlar aparmağa hazırdırlar və düşmənin istənilən addımlarına adekvat variantlar hazırlayıblar.