Polşada UPA açıqlaması qalmaqal yaratdı: nazir müavini tənqid hədəfinə çevrildibackend

Polşada UPA açıqlaması qalmaqal yaratdı: nazir müavini tənqid hədəfinə çevrildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada elm nazirinin müavini Andrzej Szeptycki ukraynalılar üçün Ukrayna Üsyançı Ordusu (UPA) haqqında səsləndirdiyi fikirlərə görə sərt tənqid olunub.

Məlumata görə, Szeptycki Polşa radiosuna müsahibəsində bildirib ki, UPA ukraynalıların tarixi baxışında ilk növbədə Polşaya qarşı deyil, Sovet hakimiyyətinə qarşı mübarizə aparan bir hərəkat kimi qəbul edilir. Onun sözlərinə görə, UPA Ukraynanın müstəqilliyi uğrunda əsasən SSRİ-yə qarşı mübarizə aparıb.

Bu açıqlama Polşada ciddi narazılıq doğurub. Tənqidçilər hesab edirlər ki, UPA-nın fəaliyyəti zamanı polyak əhaliyə qarşı törədilmiş qırğınlar nəzərə alınmadan belə qiymətləndirmələrin verilməsi qəbuledilməzdir.

Mövzu Polşa və Ukrayna arasında tarixlə bağlı həssas məsələlərdən biri olaraq qalır və vaxtaşırı siyasi müzakirələrə səbəb olur.

//Samir Qurbanov, Editor.az