Baltik regionunda NATO missiyasını yerinə yetirən Fransa qırıcıları Latvia hava məkanına daxil olan pilotsuz uçuş aparatını məhv edib.
Riqa rəsmilərinin bildirdiyinə görə, insidentə səbəb Rusiyanın radioelektron mübarizə sistemlərinin fəaliyyəti olub. Dronun məhz bu təsir nəticəsində marşrutdan yayınaraq Latviya hava məkanına daxil olduğu ehtimal edilir.
Latviya ordusu hədəfin Fransa hərbi təyyarələri tərəfindən vurulduğunu təsdiqləsə də, pilotsuz aparatın tipi və hansı ölkəyə məxsus olduğu barədə rəsmi məlumat açıqlanmayıb.
Hadisə Baltik regionunda təhlükəsizlik məsələlərinin aktuallığını bir daha gündəmə gətirib və NATO-nun hava məkanının qorunması üzrə əməliyyatlarının əhəmiyyətini nümayiş etdirib.
//Samir Qurbanov, Editor.az


